“Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov növbəti dəfə məhkəməyə verilib.
“ABB” tərəfindən müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – kredit müqaviləsi üzrə mübahisələrlə bağlı tanınmış iş adamına qarşı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.
“Şərurlu İsfəndiyar”la birlikdə E.Eyvazov və “Stil Tikinti” MTK da məhkəmə prosesində cavabdeh qismində çıxış edəcək.
İşə hakim Fərid Hətəmzadənin sədrliyi ilə baxılacaq.