“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu daha da artıb.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 01.02.2022-ci il tarixinə qədər vergi borcu 14 098 026 manatdır. 9 noyabr 2021-ci il tarixinə qədər “Bakı Metropoliteni” QSC-nin vergi borcu 12 milyon 974 min 333 manat təşkil edirdi.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 1 770 950 768 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur.