15 C
Baku
Saturday, May 11, 2024

Xaçmazda icra başçısına yeni müavin təyin olunub 

Xaçmaz Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.

İcra başçısının müvafiq sərəncamı ilə Oruclu Anar Absətdər oğlu Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

Oruclu Anar Absətdər oğlu 1974-cü ildə Xaçmaz rayonu Arzu qəsəbəsində anadan olub. 1997-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını iqtisadçı ixtisası üzrə bitirib. Bu təyinatadək Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

 

 

Mənbəreport.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər