Ukrayna və Türkiyə arasında səkkiz dövlətlərarası sənəd imzalanıb.
İmzalanma mərasimi prezidentlər Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Kiyevdəki Mariinski sarayında baş tutub.
İmzalanan sənədlər arasında azad ticarətlə bağlı sazişi də var.
Bundan əlavə, tərəflər gənclər siyasəti, vergitutma, standartlaşdırma və keyfiyyət sahələrində anlaşma memorandumları, gömrük sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Həmçinin yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahələrində əməkdaşlığa dair Çərçivə Sazişi və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq haqqında sazişdə dəyişikliklər edilməsi haqqında hökumətlərarası protokol imzalanıb.