2021-ci ildə ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” şirkəti 2020-ci illə müqayisədə 57% çox – 33,4 milyard dollar xalis mənfəət əldə edib.
Bunun 14,3 milyard dolları ötən ilin IV rübündə əldə olunub. Bu isə 1 il əvvələ nisbərən 98,6% çoxdur.
Ötən il “Amazon”un gəliri isə əvvəlki illə müqayisədə 22% çox – 469,8 milyard dollar təşkil edib.
Bunun isə 137,4 milyard dolları IV rübün payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 9% çoxdur.