Tikinti şirkətində işçi sayı bir ildə 57 nəfər azalıb

“Diadem” ASC-nin işçi heyəti ötən il 24.5% kiçilib

Banker.az xəbər verir ki, “Diadem” ASC 2025-ci il üzrə kadr göstəricilərini açıqlayıb.

İlin əvvəlində 233 nəfər olan şirkətin işçi heyəti il ərzində 57 nəfər və ya 24.5% azalaraq ilin sonuna 176 nəfərə düşüb.

I rübdə ilə 233 nəfərlik heyətlə başlayan şirkətə 16 nəfər yeni işçi götürülüb, 33 nəfər isə işdən ayrılıb. Rübün sonuna işçi sayı 216 nəfər təşkil edib.

II rübdə 189 nəfər işə qəbul edildiyi halda, 228 nəfərə xitam verilib və rüb sonuna işçi sayı 177 nəfərə enib.

III rübdə 14 nəfər işə götürülüb, 16 nəfərlə yollar ayrılıb. Rüb sonuna qalıq işçi sayı 175 nəfər olub.

İlin son rübündə 18 nəfər heyətə cəlb edilib, 17 nəfərin müqaviləsinə xitam verilib. Beləliklə, ASC 2025-ci ili 176 nəfərlik işçi heyəti ilə başa vurub.

Xatırladaq ki, tikinti obyektlərinin, bina və qurğuların, inşaat konstruksiyalarının memarlıq layihələndirilməsi, qeyri-yaşayış binalarının tikintisi xidmətlərini göstərən “Diadem” ASC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Corat ŞTQ, məh. 71, ev 3-dür. Şirkətin səhmdarları Nəbiyev Elbrus Ənvər oğlu (75 faiz) və Dostumalıyeva Kamalə Qocakişi qızıdır (25 faiz).

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər