13 C
Baku
Saturday, November 23, 2024

“Tesla” bitkoinin ucuzlaşması fonunda 100 mln. dollardan çox itirib

“Tesla” bitkoinin ucuzlaşması fonunda 100 mln. dollardan çox itirib

Banker.az xəbər verir ki, milyarder İlon Maska məxsus olan “Tesla” şirkəti bitkoinin dəyərini itirməsi fonunda bir il ərzində 101 milyon dollar itirib. Bu barədə istehsalçı ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi illik hesabatında deyilir.

Sənədlərdən göründüyü kimi, avtomobil istehsalçısı təxminən 2 milyard dollar dəyərində kriptovalyutaya sahibdir. Daha əvvəl məlum olmuşdu ki, “Tesla” bitkoinə investisiyalar sayəsində 2021-ci ilin 9 ayında 1 milyard dollar qazanıb.

“31 dekabr 2021-ci ildə başa çatan il ərzində bitkoinin dəyərindəki dəyişikliklər nəticəsində 101 milyon dollar itki verdik”, – deyə bəyanatda bildirilir.

Xatırladaq ki, 2021-ci ilin fevral ayında “Tesla” 1.5 milyard dollar dəyərində 48 min bitkoin alıb. Mart ayında şirkət sikkələrin 10%-ni sataraq 101 milyon dollar qazanıb. Bu, istehsalçının yanvar-mart ayları üçün ümumi mənfəətini 27 dəfə artırıb.

Mask özü “Tesla”nın bitkoinə investisiyaları riskli adlandırıb. Təxminən eyni vaxtda milyarder bitkoinin və digər məşhur kriptovalyuta “Ethereum”un qiymətinin olduğundan yüksək qiymətləndirildiyini hesab edir.

Bitkoin 2021-ci ildə demək olar ki, 30 min dollar məzənnə ilə başlayıb və fevral ayına qədər 57 min dolları keçib. Ən yüksək qiymət noyabrda qeydə alınıb – 67 520 dollar.

Son xəbərlər
Digər xəbərlər