Banker.az xəbər verir ki, Media Təhlil Mərkəzi dövlət qurumlarının “Instagram” səhifələrinin 01.02.2021-31.01.2022 tarixləri üzrə aktivliyinə, izləyici sayına və paylaşımlarına dair aparılan təhlillərin nəticələrini təqdim edir.
2021-ci ilin fevral- 2022-ci ilin yanvar ayları üzrə “İnstagram”da izləyici sayında artım müşahidə olunan dövlət qurumlarının top 10-luğuna Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Mədəniyyət Nazirliyi, Mənzil İnşaat Dpvlət Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi daxildir.