İsveçin “Volvo” şirkəti yenilənmiş “XC40” krossoverini buraxıb. Model artıq Avropada sifariş üçün mövcuddur.
Banker.az xəbər verir ki, avtomobil 129, 163, 197 və 250 at gücünə malik mühərriklərlə təklif olunur. Xatırladaq ki, daha əvvəl istehsalçının 2025-ci ilə MDB ölkələrinin bazarına dördüncü səviyyəli avtopilot çıxaracağı bildirilib.
Mütəxəssislərin sözlərinə görə, “Volvo” avtomobil idarəetməsində insanların iştirakını minimuma endirməyə çalışır. Vurğulanır ki, “Volvo XC40” modelinin qiyməti 33 700 avrodan başlayır.