10 C
Baku
Tuesday, November 26, 2024

Dövlətin yeddi illik istiqrazlarının gəlirliliyi tarixi minimuma düşüb

8 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin (AZ0110002950 ISIN-li) 20 mln. manat həcmində, 2 548 gün, yaxud 7 il tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az-a BFB-dan bildirilir ki, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 84.6657 (9%) və 97.3700 (6.4731%) olan 11 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.3685(6.4734%), orta ölçülmüş qiyməti 97.3693 (6.4733%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55 893 500 manat, yerləşdirilmiş həcmi isə 1 150 000 manat təşkil edilmişdir.

Qeyd edək ki, sonuncu dəfə yeddi illik dövlət istiqrazlarının orta əlililiyi illik 7% təşkil edirdi.

Untitled

İstiqrazların ödəmə tarixi 30 yanvar 2029-cu il.

Hərrac iştirakçıları 9 fevral 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər