9 C
Baku
Thursday, December 12, 2024

“Pizza Caspian” restoranı cərimələndi – Tam siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il fevralın 7-də ölkə üzrə 365 ictimai iaşə obyektində 646 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, M. Muxtarov küç., ev 190 ünvanında yerləşən, hüquqi şəxs “Pizza Mizza” MMC-yə məxsus “Pizza Caspian” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küç., məh. 25B, m. 1 ünvanında yerləşən, fiziki şəxs Manafova Günay Səttar qızına məxsus kafe;

3. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəs., 14 İyul küçəsində yerləşən, fiziki şəxs Feyzullayev Vüsal Mübariz oğluna məxsus “Abi dönər” kafesi;

4. Sumqayıt şəhəri, Dənizkənarı Bulvar, ev 2, m. 3A ünvanında yerləşən, fiziki şəxs Əhmədov Diyar Aslan oğluna məxsus “Music Coffe” kafesi;

5. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev pr., məh. 21, ev 5 ünvanında yerləşən, fiziki şəxs Mürvətli Şəhriyar Paşa oğluna məxsus “Ülkər Lahmacun” kafesi;

6. Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən, fiziki şəxs Şöhləyev Cavid Qəhrəman oğluna məxsus, “Ozan” ailəvi istirahət mərkəzi;

7. Salyan şəhəri, Talıblı küçəsində yerləşən, fiziki şəxs Ramazanov Arzu Cəfər oğluna məxsus kafe;

8. Xaçmaz şəhəri, Bakı prospektində yerləşən, fiziki şəxs Musayevə Bənövşə Rizvan qızına məxsus “Elit” restoranı.

Son xəbərlər
Digər xəbərlər