Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il fevralın 9-da ölkə üzrə 398 ictimai iaşə obyektində 713 monitorinq keçirilib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova ev 202 ünvanında yerləşən, fiziki şəxs Əliyev Pərviz Hikmət oğluna məxsus kafe;
2. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi 20 ünvanında yerləşən, fiziki şəxs Seyidov Şamil Sabir oğluna məxsus kafe;
3. Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç ünvanında yerləşən, fiziki şəxs Zahir İbrahim Ağababa oğluna məxsus “Kürə Pizza” restoran;
4. Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev 90D ünvanında yerləşən, fiziki şəxs Salamov Diyar Bayram oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nizami rayonu, M.Əliyev ev.16 ünvanında yerləşən, hüquqi şəxs “Resant Consalting and Managment” MMC-yə məxsus kafe;
6. Bakı şəhəri, Nəsimi rayonu, C.Xan ev 3005 ci məhəllə ünvanında yerləşən, hüquqi şəxs “Nabikoğlu” MMC-yə məxsus kafe;
7. Ucar şəhəri, Oğuz küçəsində yerləşən, fiziki şəxs Aslanlı Rəvan Məhərrəmli oğluna məxsus “Uğur” kafesi;
8. Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən, fiziki şəxs Əhmədov Rasim Ceyhun oğluna məxsus “Naxış” kafesi.