Martın 2-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “AGBank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq təkrar hərrac keçiriləcək.
Bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət “AGBank”a məxsus Xaçmaz rayonu, Dalğalı qəsəbəsindəki 0,1 hektar torpaq sahəsindən gedir. Əmlaka 45 min manat qiymət qoyulub.