Rusiyada Çebulinsk rayon sakini sərxoş halda bankomatı “döymüşdür”. Buna səbəb isə onun kartının bankomatda ilişib qalması və nağd pulunu verməməsi olub. Sərxoş şəxsin kartını bankomatdan çıxarmaq cəhdləri bir nəticə vermədikdə o bankomata zərbə endirməyə başlamışdır.
Polis əməkdaşları onun şəxsiyyətini təyin etmiş və həbs etmişlər. Belə məlum olur ki, o bankomatın korpusuna, monitoruna və klaviaturasına zərər vurmuşdur. İlkin məlumatlara görə, maddi zərər təqribən 100 min rubl dəyərində təyin edilmişdir. Onu hazırda 2 illik azadlıqdan məhrum edilmə cəzası gözləyə bilər.