Fransa Prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Yelisey sarayı məlumat yayıb.
Qeyd edilir ki, telefon danışığı 1 saat 40 dəqiqə davam edib. Ölkə başçıları Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.
“Agency France Presse” də öz növbəsində liderlərin telefon danışığında əsas müzakirə mövzusunun Rusiya-Ukrayna münasibətləri olduğunu xəbər verib.
Fransa Prezidenti Emmanuel Makron Rusiya-Ukrayna böhranında artan gərginliyi azaltmaq üçün şənbə günü rusiyalı həmkarı Vladimir Putinlə bir saat 40 dəqiqə danışıb”, – agentlik bildirib.