6 C
Baku
Sunday, December 15, 2024

Müdafiə Nazirliyinin 4 hərbçisi 10 milyon manatlıq mənimsəmədə ittiham olunur

Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində istintaq orqanının təqdimatına baxılıb.

Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

 

 

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər