10 C
Baku
Friday, December 13, 2024

Məlumat bazası hesabatları üzrə tərtibatçı (FINCA Azerbaijan)

İŞÇININ VƏZIFƏSI:

  • Analitik və əməliyyat hesabatları üçün istifadəçi tələblərinin  toplanması, texniki spekifikasiyaların (təfsilatların) hazırlanması;
  • İstifadəçilərin tələblərinə cavab verən hesabatların tərtib olunması;
  • Hesabat məlumatlarının reallığının yoxlanılması;
  • Qərarvermə prosesini dəstəkləmək üçün tam və mükəmməl hesabat toplusunun yaradılması;
  • Məlumat Bazası Hesabatları Anbarının (Database Reporting Warehouse) planlaşdırılması və yaradılması.

TƏLƏBLƏR:

  • İnformasiya Texnologiyaları sahəsində ali təhsil;
  • Məlumat bazasının idarə olunması və proqramlaşdırılması üzrə istənilən şəhadətnamə üstünlük sayılır;
  • T-SQL,PL-SQL üzrə dərin bilik, mürəkkəb sorğular yazmaq və optimallaşdırmaq bacarığı;
  • SQL Server və Oracle bazalarının proqramlaşdırması və idarə olunması üzrə dərin bilik, views, triggers, stored prosedurasının yaradılmasına dair praktik təcrübə;
  • Proqram yazmaq üzrə təcrübə, VB, VBA, Vb.net, C++,C#, Delphi proqramlaşdırma dillərindən heç olmasa birində praktiki təcrübə;
  • Hesabat sistemlərinə dair praktik təcrübə (Excel, Access, Crystal Report, Reporting Services);
  • Şəbəkə, Active Directory, TCP/IP üzrə ümumi biliklər;
  • Maliyyə, mühasibatlıq, bank əməliyyatları və mikromaliyyə üzrə ümumi biliklər;
  • Azərbaycan və rus dillərində sərbəst danışmaq və yazmaq, texniki ingilis dili.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№235/15) qeyd etməklə 10 İyun 2015-ci il tarixinədək göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər