7 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank Rusiyaya pomidor ixrac edən şirkəti cərimələyir

Rusiyaya pomidor ixrac edən şirkət “NOVAS Agro” MMC cərimələnir.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı “NOVAS Agro” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Xatırladaq ki, “NOVAS Agro” MMC 2019-cu ildə yaradılıb və pomidor yetişdirib daxili və xarici bazara çıxarır. Şirkət Azərbaycanda ev əşyaları satan “NOVAS Home” MMC ilə eyni ünvandadır.

Son xəbərlər
Digər xəbərlər