Hazırda İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 400 milyon dollardır. Lakin qarşıdakı 2 il ərzində ticarət dövriyyəsinin həcmi 1 milyard dollara çata bilər.
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Biləsuvar (İran) və Ərdəbil şəhərlərinə səfəri zamanı deyib ki, iki ölkə arasında gömrük prosedurlarının asanlaşdırılması haqqında razılıq əldə olunub. Bundan başqa, yaxın günlərdə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclası keçiriləcək. İclasda iki ölkə arasındakı gömrük-keçid məntəqələrinin açılması müzakirə olunacaq. Bu faktlar ticarət dövriyyəsinin artmasına təkan verəcək.
Səfir nəzərə çatdırıb ki, ticarət dövriyyəsinin artması üçün yaradılan şəraitdən daha çox İranın Ərdəbil və Biləsuvar şəhərləri faydalanacaq.