3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan bankçılığında iz buraxmış şəxs – Cəlal Qasımov 

Bank sahəsində çalışan çox şəxs (əsasən idarəetmədə olanlar şəxslər) Cəlal Qasımovu və onun bankçılıqda olan dəsti xətti ilə yaxşı tanışdırlar. Bəs Cəlal Qasımov kimdir?

Cəlal Qasımov 21 sentyabr 1979-cu ildə anadan olmuşdur.

Təhsil

1996 – 2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alan  Cəlal Qasımov , 2000–2002-ci illərdə təhsilini davam etdirərək Ali Diplomatiya Kollecində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yüksəlmişdir.  2006-cı ildən bu günə qədər “Warwick Business School”da (İngiltərə) MBA proqramı üzrə təhsil alan Qasımov  müxtəlif vaxtlarda beynəlxalq seminarlarda, treninq-kurslarda iştirak edib.

İlk təcrübə

1999-2002-ci illərdə İlkbankda əməliyyat departamentinin mütəxəssisi və kredit departamentinin mütəxəssisi vəzifələrində, 2002-ci ilin sonlarına qədər “Halliburton İnternational” ASC-də Azəri-Çıraq-Günəşli layihəsinin 1-ci fazası üzrə layihənin qiymətləndirməsi üzrə mütəxəssisi vəzifəsində, 2003-cü ilin ortalarına qədər isə EUPEC Pipe Coatinqs Azerbaijan şirkətində Maliyyə direktoru vəzifəsində çalışmışdır.

2003-cü ilin ortalarından 2006-cı ilə qədər Azpetrol şirkətində Vergi Planlaşdırılması və Büdcə Nəzarəti Departamentinin direktoru, Maliyyə direktoru və Direktorlar Şurasının Sədr Müavini vəzifələrinə təyin olunub.

Bank sahəsinə gəlişi

Bir müddət Rusiyada “McKinsey & Company”də məsləhətçi vəzifəsində çalışdıqdan sonra Bakıya qayıdaraq “Bank of Baku”da İdarə Heyəti Sədrinin müşaviri vəzifəsində işə davam etmişdir. 25 Yanvar 2008 il tarixində Bank of Baku ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.

Qasımov 2013-cü ilin mart ayında “Unibank”ın icraçı direktoru təyin olunub. O, bu vəzifədə 2015-ci ilin aprel ayına qədər çalışıb.

Mayın əvvəlindən isə “Unibank”ın keçmiş icraçı direktoru Cəlal Qasımov “PASHA Holding”ə təyinat alıb. C. Qasımov Baş icraçı direktorun müavini, Bankinq Qrupun (Banking Group) rəhbəri təyin olunub.

Hazırda “PAŞA Holdinq” MMC-də Bank Qrupunun rəhbəri vəzifəsini daşıyan Cəlal Ələkbər oğlu Qasımov, həmçinin Kapital Bank –ın Müşahidə şuranın sədri vəzifəsinə də təyin edilib.

Fikrimizcə, yaxın gələcəkdə Kapital Bank, Paşa Bank və Paşa Holdingin nəzarət etdiyi digər maliyyə qurumlarında inkişaf strategiyası baxımdan mühüm dəyişiklilər olacaqdır.

Cənab Qasımov, bank sahəsində aqressiv inkişaf strategiyası və bu strategiyanı reallaşdıra biləcək kadrları ətrafına toplamaq bacarığı ilə tanınır.

Banker.az adından Cəlal bəyə yeni təyinatında uğurlar arzu edirik!

Son xəbərlər
Digər xəbərlər