Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2 397 nəfər gələn və Azərbaycandan 570 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1 827 nəfər təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, 2020-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1 669 nəfər gələn və Azərbaycandan 568 nəfər gedən qeydə alınmışdı, ölkə üzrə miqrasiya saldosu müsbət 1 101 nəfər təşkil etmişdi.
Deməli, ötən il 2020-ci illə müqayisədə daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayında 43.6% artım olub.