13 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan neftinin qiyməti son 8 ildə ilk dəfə $100-ü keçir

Azərbaycan neftinin barrelinin qiyməti nəhayət son səkkiz ildə ilk dəfə 100 dolları ötdü.

Banker.az xəbər verir ki, xarici bazara ixrac edilən “Azer Light” markalı xam neftin bir barreli 100.76 dolları ötdü.

Bu da son sutkada 3.13 dollar, yaxud 3.21% bahalaşmadır.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 25-ci iclasında qlobal neft bazarında balansın təmin edilməsi məqsədilə gündəlik neft hasilatının 400 min barrel artırılması planının martda davamına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq vermişdi.

Yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin martında daha 7 min barrel artırılaraq 675 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 43 min barrel həcmində olmasını nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər