“Aztelekom” MMC Sumqayıt Telekommunikasiya Qovşağında yoxlamalar aparılması ilə bağlı açıqlama yayıb.
MMC-dən daxil olan məlumatda deyilir:
“Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun saxlanılması və ya həbs olunması barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir. Məlumat üçün bildirək ki, hazırda audit planına uyğun olaraq “Aztelekom” MMC-nin Daxili audit şöbəsi tərəfindən Sumqayıt TKQ də daxil olmaqla müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparılır”.