13 C
Baku
Saturday, November 23, 2024

95 yaşlı II Elizabet koronavirusa yoluxub

Böyük Britaniya kraliçası II Elizabet COVID-19-a yoluxub. Bildirilir ki, 95 yaşlı kraliçada “yüngül soyuqdəymə” əlamətləri var. Onun keçən həftə böyük oğlu və varisi Uels şahzadəsi ilə görüşdüyü vurğulanır.

Banker.az xəbər verir ki, “O (II Elizabet) tibbi yardım almağa davam edəcək və bütün müvafiq tövsiyələrə əməl edəcək”, – mesajda deyilir.

Kral ailəsinin digər üzvləri də COVID-19-a yoluxub. Fevralın 14-ü şahzadə Çarlzın həyat yoldaşı Kamillada koronavirus testinin nəticəsi müsbət çıxıb. Bundan əvvəl infeksiya 73 yaşlı şahzadənin özündə də təsdiqlənib.

Son xəbərlər
Digər xəbərlər