13 C
Baku
Saturday, November 23, 2024

Yanvarda idxal və ixrac ilə məşğul olan özəl şirkətlərin sayı 3 mini keçib

Azərbaycanda idxal və ixrac fəaliyyətilə məşğul olanların sayı (xarici ticarət iştirakçılarının sayı) artıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvarında 8 min 840 şəxs, o cümlədən 5 min 157 fiziki, 3 min 683 hüquqi şəxs xarici ticarət iştirakçısı olub.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin eyni dövründə isə 7 min 865 şəxs, o cümlədən 4 min 615 şəxs fiziki, 3 min 250 hüquqi şəxs xarici ticarət iştirakçısı olmuşdu.

Bu il 3 min 683 hüquqi şəxsdən 3 min 570-i özəl, 113-ü dövlət şirkəti olub.

Son xəbərlər
Digər xəbərlər