Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2017-ci ildəki 60,1%-dən 2021-ci ildə 45,8%-ə enib. Nağd puldan istifadənin azalması “kölgə” iqtisadiyyatının miqyasının azalmasını ifadə edən mühüm göstəricidir.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi twitter səhifəsində yazıb.