Mərkəzi Bank Maliyyə Nazirliyi ilə birlikdə inflyasiyaya qarşı tədbirlər görəcək

Azərbaycanda inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə öz səlahiyyətləri çərçivəsində zəruri siyasət tədbirləri həyata keçiriləcək.

Bu, Baş Nazir Əli Əsədovun imzaladığı “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamda öz əksini tapıb.

Sənəddə deyilir ki, Azərbaycan Mərkəzi Bankı inflyasiya təzyiqlərinin azaldılması ilə bağlı Maliyyə Nazirliyi ilə birlikdə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görsün.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər