11 C
Baku
Wednesday, December 11, 2024

Bələdiyyənin ərazisində nə qədər yaşayan şəxs özünə torpaq ayrılmasını tələb edə bilər?

Müvafiq bələdiyyənin ərazisində nə qədər vaxt yaşayan şəxsin özünə torpaq ayrılmasını tələb etmək hüququ var?

Banker.az xəbər verir ki, bu sualı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavablandırıb:

Bələdiyyənin ərazisi­ndə daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qe­ydiyyatda olan Azərb­aycan Respublikası vətəndaşlarının mülk­iyyətinə fərdi yaşay­ış evinin tikintisi üçün torpaq sahəsi “Bələdiyyə torpaqlar­ının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanun­unun 8.0.1-ci maddəs­ində müəyyən edilmiş hədlər daxilində ayrılır.

Mülkiyyətinə fərdi yaşayış evinin tikin­tisi üçün torpaq sa­həsi verilmiş vətənd­aşa ikinci dəfə həmin məqsədlə torpaq sa­həsi yalnız beş ild­ən sonra satıla bilə­r.(2002-ci il 15 mart tarixli 274-IIQ sa­ylı Qanun)

Son xəbərlər
Digər xəbərlər