Bu gün Brüsseldə Rusiyanın Luqansk və Donetsk Xalq Respublikalarının müstəqilliyini tanımaq qərarından sonra NATO-Ukrayna Komissiyasının fövqəladə iclası keçiriləcək.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Çərşənbə axşamı, 22 fevral 2022-ci il tarixində NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna-NATO Komissiyasının fövqəladə iclasından sonra NATO-nun mənzil-qərargahında brifinq keçirəcək”, – deyə mesajda bildirilir.