Avstraliya hökuməti Ukraynadakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandırıb.
Avstraliya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, regionda yaranan gərginliyə görə fevralın 22-dən bir müddət öncə Kiyevdən Lvova təxliyə edilən səfirlik fəaliyyətini dayandırıb.
Avstraliyanın diplomatları Ukraynadan qonşu ölkələrə Polşa və Rumıniyaya göndərilib. Onlar Ukraynadan çıxmaq istəyən Avstraliyalıların təxliyəsi işində iştirak edəcək.