“Şəxsi” yaxud “İş” (Biznes) və ya “Dövlət və bələdiyyə” tipli Asan İmza sertifikatlarının qüvvədə olma müddəti bitməmiş onların müddətinin uzadılmasının onlayn formada həyata keçirilməsi və “Şəxsi” tipli Asan İmza sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli Asan İmza sertifikatlarının onlayn əldə olunması üzrə elektron xidmətlər üzrə təkmilləşdirmə işləri aparılır.
Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, mövcud portalda olan məlumatların köçürülməsi və yeni portalın istifadəyə verilməsi ilə əlaqədar www.e-taxes.gov.az portalında “Qüvvədə olan Asan İmza ilə yeni sertifikatın alınmasına dair müraciət” elektron xidmətinin istifadəsində cari ilin 26, 27 və 28 fevral tarixlərində məhdudiyyət yaranacaq.
Vergi ödəyiciləri www.e-taxes.gov.az portalı üzərindən 01.03.2022-ci il tarixindən etibarən yeni funksionallıqlar əlavə edilmiş portaldan istifadə edə bilərlər.