Avropa İttifaqı ölkələri Rusiya təyyarələri üçün hava məkanını bağlayacaq.
Bu barədə ARD telekanalı məlumat yayıb.
Telekanal qadağanın nə vaxt tətbiq ediləcəyi barədə məlumat verməyib.
Bu günə qədər Bolqarıstan, Böyük Britaniya, Latviya, Litva, Polşa, Rumıniya, Sloveniya, Çexiya və Estoniya öz hava məkanlarını Rusiyaya bağlamaq barədə qərar qəbul ediblər.