15 C
Baku
Sunday, November 24, 2024

Azər Türk Bank yeni kredit kampaniyasına başlayır

®Azər Türk Bank 01 mart 2022-ci il tarixindən etibarən istehlak kreditləri üzrə yeni kampaniyaya start verib. 

Kampaniya ərzində rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 13%-dən başlayır. Kreditlər 48 ay müddətinədək verilir.

Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

Kampaniya 30 aprel 2022-ci il tarixinədək davam edəcəkdir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər