01 mart 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 63.2 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Qeyd edək ki, sonuncu valyuta hərracı 4 fevral 2022-ci il tarixində keçirilmiş, tələb 45.3 mln. manat təşkil etmişdi.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.