11:35
WTI neftinin qiyməti 2008-ci ildən bu tərəfə ilk dəfə 115$/bbl. səviyyəsini də ötüb. (Bakı vaxtı ilə 11:34).
Brent neftinin bir barreli isə 2012-ci ilin 1 martından bu tərəfə ilk dəfə 121 dollara çatıb.
09:58
Brent markalı xam neftin bir barreli birjalarda 2013-cü ilin fevralından bu tərəfə ilk dəfə 118 dolları ötüb.
Bu barədə Banker.az Reuters-ə istinadla bildirir.
Rusiya-Ukrayna müharibəsi fonunda brent markalı xam neftin bir barreli $118.22 təşkil edib. Bu da $3.67, yaxud 3.2% artım deməkdir.
Qərbi Texas nefti WTI isə 11 ilin maksimunu yeniləməklə aprel fyuçersində $114.70 olub. Bu da sessiya ərzində $2.41 yaxud 2.2% sıçrayışdır.