Bu ilin yanvar-fevral aylarında Çinin Rusiya ilə ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövü ilə müqayisədə 38,5% artaraq 26,43 milyard ABŞ dollarına çatıb.
Bu barədə Çinin Baş Gömrük İdarəsindən bildirilib.
Məlumata görə, son 1 ildə Çindən Rusiyaya ixracın dəyəri 41,5% artaraq 12,62 milyard dollar, Rusiyadan Çinə ixracın dəyəri isə 35,8% artaraq 13,81 milyard dollar olub. Son nəticədə Rusiyanın xeyrinə 1,19 milyard dollarlıq müsabət saldo yaranıb ki, bu da illik müqayisədə 26,3% çoxdur.
Xatırladaq ki, 2020-ci ildə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Çinin Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 2,9% azalaraq 107,76 milyard dollara düşsə də, 2021-ci ildə isə bu rəqəm 35,8% aratarq, 146,88 milyard dollar olub.