8 C
Baku
Friday, December 13, 2024

“Coca-Cola” və “Pepsi” Rusiyada içkilərin satışını dayandırır

Amerikanın alkoqolsuz içkilər istehsalçısı “The Coca-Cola Company” şirkəti Rusiyadakı fəaliyyətini dayandıracaq.

Bu barədə şirkətin saytında yerləşdirilən açıqlamada deyilir.

“Starbucks” qəhvə evləri şəbəkəsi də Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Rusiya ərazisində fəaliyyətini dayandırır. Bu barədə şirkətin baş direktoru Kevin Consonun şirkətin saytında dərc olunmuş bəyanatında deyilir.

“PepsiCo” da Rusiyada içkilərin satışını dayandırır, lakin uşaq qidası da daxil olmaqla zəruri malların satışını davam etdirəcək.

Bundan əvvəl “McDonald’s” Rusiyadakı 850 restoranının hamısını müvəqqəti bağlamaq qərarına gəlib. Ümumilikdə, şirkətin Rusiya nümayəndəliklərində 65 mindən çox insan çalışır.

Son xəbərlər
Digər xəbərlər