14 C
Baku
Monday, May 6, 2024

“KFC” və “Pizza Hut” Rusiyaya investisiyaları dayandırır

“KFC” və “Pizza Hut” Rusiyaya investisiyaları dayandırdığını açıqlayıb.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, Amerikan korporasiyası ölkədə restoran şəbəkəsinin inkişafını dondurduğunu bildirib.

“Dünyada bir çoxları kimi, biz də Ukraynada baş verən faciəli hadisələrdən sarsılmışıq”, – mesajda vurğulanır.

Qeyd edək ki, Rusiyada 1000-dən çox “KFC” və 50-dən çox “Pizza Hut” restoranı fəaliyyət göstərir.

Daha əvvəl “Danone” şirkəti də Rusiyada investisiya layihələrini dayandırdığını açıqlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər