21 C
Baku
Friday, October 11, 2024

“Instagram” Rusiya və Ukraynadakı istifadəçilərin izləyici sayını gizlədəcək

“Meta” Rusiya və Ukraynadakı istifadəçilərin izləyici sayını gizlədəcəyini açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Ukrayna və Rusiyadakı icmalarımızı qorumaq üçün bu iki ölkədən olan istifadəçilərin izləyici sayı məlumatlarını gizlədəcəyik”, – mesajda bildirilib.

Sosial şəbəkə “Rusiya dövlət mediasının saytlarına” keçidi olan hekayələri etiketləyəcək.

Fevralın 28-i “Facebook” da oxşar tədbirlər görüb: sosial şəbəkə dostlar siyahısında Rusiyadan olan istifadəçilərin adlarını gizlədib.

Son xəbərlər
Digər xəbərlər