10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın müdafiə xərcləri məlum olub

Ötən il müdafiə və milli təhlükəsizlik xərcləri üçün proqramlaşdırılan 4 milyard 579 milyon manatdan 4 milyard 541. 6 milyon manat icra olunub.

Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub.

Beləliklə, müdafiə və milli təhlükəsizlik xərcləri üçün ayrılan 99.2 faizi müvafiq istiqamətdə xərclənib.

Bu, 2020-ci illə müqayisədə 786.5 milyon manat, yaxud 20.9 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər