Banker.az Dövlət Vergi Xidmətinə istinadən yeni nəsil nəzarət-kassa aparatını (E-kassa) əldə etməyin ardıcıllığını təqdim edir:
- Pul hesablaşmalarını e-kassa ilə həyata keçirməli olan vergi ödəyicisi qeydiyyatdan keçmiş e-kassa operatoruna müvafiq sənədlər təqdim etməklə müraciət etməlidir.
- Vergi ödəyicisinin sənədləri e-kassa operatoru tərəfindən yoxlanıldıqdan sonra tərəflər arasında müqavilə imzalanır və bu müqavilənin əsasında e-kassanın uçota alınması üçün e-kassa operatoru tərəfindən qanunvericiliklə müəyyən edilən prosedurlar həyata keçirilir.
- E-kassa operatoru tərəfindən e-kassa vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) quraşdırılır.
- E-kassa vergi ödəyicisi tərəfindən elektron kabinet vasitəsilə e-kassanın qəbul aktı təsdiq olunduqdan sonra aktivləşdirilir.
Qeyd: Həm dövlət reyestrinə daxil edilmiş e-kassalar, həm də qeydiyyata alınmış e-kassa operatorları barədə məlumatları www.e-kassa.gov.az portalının “Reyestrə salınmış e-kassaların siyahısı” və “E-kassa operatorları və kassaların stoku” alt menyularından əldə etmək olar.