14 C
Baku
Saturday, November 23, 2024

Borrel rusiyalı oliqarxlara və jurnalistlərə qarşı yeni sanksiyalar tətbiq edəcəyinə söz verib

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Rusiyada fiziki və hüquqi şəxslərə, o cümlədən informasiya müharibəsinə görə məsuliyyət daşıyanlara qarşı yeni sanksiyalar tətbiq edəcəyinə söz verib.

Bu barədə Borrelin yaydığı bəyanatda deyilir.

Onun sözlərinə görə, oliqarxlara və elitaya, o cümlədən jurnalistlərə, dezinformasiya və təbliğat müharibəsində aparıcı rol oynayan insanlara qarşı yeni sanksiyalar tətbiq olunacaq.

“Avropa Komissiyasının rəhbərinin daha əvvəl elan etdiyi sanksiyalara əlavə olaraq, mən Rusiya hökuməti tərəfindən Ukraynanın suverenliyinə xələl gətirməkdə fəal rol oynamış daha çox şəxs və şirkətlərə qarşı sanksiyaların tətbiqi təklifini irəli sürdüm”.

Son xəbərlər
Digər xəbərlər