İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) “İnvest in Azerbaijan” elektron səhifəsinin, həmçinin mobil əlavəsi yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək.
Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilir.
Hesabata görə, “İnvest in Azerbaijan” elektron səhifəsinin, həmçinin mobil əlavəsinin hazırlanması üzrə işlər yekunlaşıb.
Qeyd edilib ki, “İnvest in Azerbaijan” elektron səhifəsinin, həmçinin mobil əlavəsi vasitəsilə investorların müraciətləri asanlaşdırılacaq. Bu addımlar Azərbaycanda investisiya yatırımını genişləndirəcək.