14 C
Baku
Saturday, November 23, 2024

Avstraliya Rusiyanın 33 iş adamına qarşı sanksiyalar tətbiq edib

Avstraliya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar elan edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Onlar 33 “rus oliqarxı, tanınmış iş adamları və onların yaxın ailə üzvləri”nə təsir edəcək. Siyahıda milyarder Roman Abromviç, “Qazprom”un baş direktoru Aleksey Miller, “Rostex”in baş direktoru Serqey Çemezov və Rusiyanın Dövlət İnkişaf Korporasiyasının sədri İqor Şuvalov yer alıb.

Qeyd edək ki, tam siyahı Avstraliya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilməyib. Məhdudiyyətlər altına həmçinin “Rossiya Bank”nın direktorlar şurasının sədri Dmitri Lebedev, “Transneft”in rəhbəri Nikolay Tokayev və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev də daxildir.

Avstraliya sanksiyaya məruz qalan rusların “böyük şəxsi sərvət topladığını və Rusiya üçün iqtisadi və strateji əhəmiyyət kəsb etdiyini” hesab edir. O, Kanada, Avropa İttifaqı, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-ın “əsas Rusiya şəxsləri”nə qarşı sanksiyalarını dəstəkləyib.

Avstraliya Xarici İşlər Nazirliyi qeyd edir ki, son günlər o, 460-dan çox sanksiya tətbiq edib. Onlar prezident Vladimir Putinə, Mərkəzi Banka, Rusiya Silahlı Qüvvələrinə, siyasi və hərbi xadimlərə və digər ruslara müraciət edirlər.

Son xəbərlər
Digər xəbərlər