14 C
Baku
Monday, May 6, 2024

Azərbaycana gətirilən alkoqollu içkilərin aksiz dərəcəsi artırıldı

Azərbaycana gətirilən alkoqollu içkilərin aksiz dərəcəsi artırılıb.

Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə dəyişiklik edib.

Qərara əsasən, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün aksiz dərəcəsi 1 litrə görə 7,2 manatdan 8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan, cin və ardıc tinkturası, araq, likörlər üçün 1 litrə görə 11,2 manatdan 12 manata qaldırılıb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər