230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilir ki, görüşdə Qaradağ GES-in təməlinin qoyulması iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirilib. Söhbət zamanı bərpa olunan enerjinin bir çox istiqamətləri, həmçinin təbii qaz, hidrogen və elektrik enerjisi sahələri üzrə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.