13 C
Baku
Wednesday, May 8, 2024

Rusiyada “iPhone”lar 24-34%, “MacBook”lar isə 46-142% bahalaşıb

Rusiyanın internet mağazalarında son üç həftə ərzində (fevralın 23-dən martın 15-dək) “iPhone”ların qiymətləri 24-34%, “MacBook”lar isə 46-142% qalxıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Analitiklərin fikrincə, noutbuklar arasında “MacBook Air MGN63” modelinin qiyməti az dəyişib – noutbukun qiyməti 46% artıb və martın 15%-i 126 100 rubl təşkil edib. Smartfonlar arasında ən az “iPhone 11 128 GB” və “iPhone 11 64 GB” , ən çox isə “iPhone 13 128 GB” (13%) bahalaşıb.

Bununla yanaşı, tədqiqatçıların sözlərinə görə, şirkətin planşetlərinin qiyməti cəmi 13-34% artıb. Ən böyük artım “iPad Pro 12.9 128 GB”, ən kiçik artım isə “iPad Pro 11 128 GB” modellərində olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər