Polşa ilə Rusiya arasında qazın alınmasına dair müqavilənin müddəti 2022-ci ilin dekabrında başa çatır və Rusiya Federasiyası ilə yeni sövdələşmələr olmayacaq.
Bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə komissarı Piotr Naimski bildirib.
“Biz artıq Rusiya tədarükçülərindən qaz almayacağıq. Hazırda 50%-i Rusiyadan gələn qazdır, biz onu əvəz edə bilərik”, – Naimski bildirib.
Onun sözlərinə görə, Rusiya qazı Polşanın idxalının böyük hissəsini təşkil edir, lakin PGNiG dövlət şirkəti onu əvəz edə bilər. Onun sözlərinə görə, şirkətin Rusiya tədarüklərini əvəz edən müqavilələr portfeli var.
“Oktyabrda biz Baltik Borusu qaz kəmərini istifadəyə verəcəyik, artıq genişləndirilmiş LNG terminalımız var, digər infrastruktur, məsələn, Litva və Slovakiya ilə qaz əlaqəsi də hazır olacaq”, – Naimski qeyd edib.