10 C
Baku
Tuesday, November 26, 2024

Neftin qiyməti qeyri-müəyyənliklərlə $110-ə qədər bahalaşıb

Rusiya və Ukrayna arasında sülh danışıqlarında nəticəsiz bitməsi, işğalçı ölkəyə qarşı daha sərt sanksiyalar və neft təchizatında uzun müddət kəsilməsi ehtimalının artırmasından sonra neft qiymətləri yenidən bahalaşdı.

Döyüş meydanındakı uğursuzluqlara (hər halda qərb və bir çox ekspertlər belə düşünməkdədir) və Qərbin cəza sanksiyalarına baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin tələskən görünmür. Rusiya və Ukrayna danışıqlarının 4-cu günü videobağlantı vasitəsilə baş tutub, lakin Kreml hələki razılığın əldə edilmədiyini bildirib.

Brent markalı xam neftin may fyuçerslərində bir barelinin qiyməti $2.75 və ya 2.6% artaraq $109.39-a çatıb.

WTI neftinin aprel fyuçersindəki bir barreli üzrə qiyməti ötən gün % artımdan sonra bu gün daha $2.93, yaxud 2.9% bahalaşmaqla $105.91-ə yüksəlib.

Hər iki fyuçersi üzrə qiymətlərin qiymətlərindəki yüksəlişə rəğmən həftənin əvvəlindən hələ ki, ucuzdur. Qiymətlər təxminən iki həftə öncə 14 ilin ən yüksək həddən yüksəlmişdi.

Sidneydəki “Westpac”ın baş iqtisadçısı Kastin Smirk Reters-ə deyib ki, o hələ də daha çox volatillik gözləyir. Hesab edir ki, hələ də çoxlu qeyri-müəyyənlik qalmaqdadır.

Rusiyaya tətbiq edilən sanksiyalardan qaynaqlanan enerji təchizatı böhranı, İranla nüvə danışıqlarının ləngiməsi, azalan strateji neft ehtiyatları və dünyanın ən iri neft alıcısı Çində COVID-19 hadisələrinin artması ilə bağlı narahatlıqlar, tələbi vuran bütün həftə ərzində enerji qiymətlərinin böyük diapazonda dəyişməsinə səbəb oldu.

Analitiklər Kreml sözçünün sülh danışıqların “çətin” keçdiyini və hansısa nəticənin olmadığını bildirdiyi bir zamanda, ABŞ liderinin Co Baydenin Putini “müharibə cinayətkarı” adlandırmasının dünən birjalarda alış dalğasına səbəb olduğunu bildirirlər.

Rusiya ilə neft təchizatında yaranan azalmalar fonunda onu kompensasiya edəcək mənbələr hələ ki, məhdud görünür.

Böyük Britaniyanın Baş nazir Boris Conson Səudiyyə Krallığına neftin hasilatı ilə bağlı səyahət etdi, görünən odur ki, nəticə yoxdur.

Yeni açıqlamalara görə bu səbəbdən ABŞ rəsmisi də Yaxın Şərqə bu məqsədlə üz tutacaq. Dövlət katibi Entoni Blinkenin bu ayın sonunda BƏƏ və Səudiyyə Ərəbistanına səfər etməyə hazırlaşdığı və neft hasilatının artırılması görüşün əsas hissədir.

 

 

Son xəbərlər
Digər xəbərlər