Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.
Bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Məlumatda bildirilib ki, telefon danışığı zamanı Ukraynadakı hazırkı vəziyyət və son yeniliklər, habelə Ukrayna tərəfinin Rusiya ilə təmasları müzakirə edilib.